Azərbaycanın “Avroviziya-2026” mahnı müsabiqəsində səhnəyə çıxış sırası açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın “Avroviziya-2026” mahnı müsabiqəsində səhnəyə çıxış sırası açıqlandı

Şou

02 Aprel 2026 23:11 542


Avropa Yayım İttifaqı (EBU) "Avroviziya-2026" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalında iştirak edəcək ölkələrin səhnəyə çıxış sıralamasını təqdim edib.

"Yeni Sabah" xəbər verir ki, birinci yarımfinalda səhnəyə ilk olaraq Moldova nümayəndəsi çıxacaq, sonda Serbiya təmsilçisi çıxış edəcək.

İkinci yarımfinalın açılışını Bolqarıstan, bağlanışını Norveç edəcək. Azərbaycan təmsilçisi ikinci yarımfinalda ikinci sırada çıxış edəcək. Sezar pizza

Qeyd edək ki, Azərbaycanı "Avroviziya-2026" Beynəlxalq Mahnı Müsabiqəsində JIVA "Just Go" mahnısı ilə təmsil edəcək.

70-ci "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Birinci yarımfinal mayın 12-də, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da baş tutacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!