Azərbaycanın borcu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın borcu açıqlandı

İqtisadiyyat

21 May 2019 13:39 924


Azərbaycanın dövlət borcunun ümumi məbləği bəlli olub.

"Yeni Sabah" xəbər verir ki, "2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib ki, 2019-cu ilin 1 yanvar tarixinə dövlət borcunun ümumi məbləği 16496,2 milyon manat olub. Bu, 2018-ci il üzrə ÜDM-ə nisbəti 20,7 faiz, adambaşına düşən borc isə manat ifadəsi ilə 1653, 9 manat təşkil edib.

Ümumi dövlət borcunun məbləğinin 15176 milyon manatı (92 faizi) xarici dövlət borcuna, 1320,2 milyon manatı isə (8 faizi) daxili dövlət borcuna aid olub. pizza mizza

 "2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!