Ötən gecə Azərbaycanın bəzi bölgələrində soyuq hava şəraiti olub.
“Yeni Sabah” xəbər verir ki, cənub bölgəsinin dağlıq rayonlarına intensiv qar yağıb. Sosial şəbəkə istifadəçilərinin paylaşdırları xəbərə görə, Lerik və Yardımlı rayonlarına hazırda da qar yağmaqda davam edir.
Lerikin yüksək dağlıq ərazilərində daha çox yağıntı düşdüyü bildirilir. pizza
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 19-da ayrı-ayrı yerlərdə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ilə bağlı proqnoz yaymışdı.
Telegram kanalımız