Azərbaycanın bu rayonunda ət bahalaşdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu rayonunda ət bahalaşdı - Video

Sosial

19 Avqust 2025 00:46 861


İsmayıllı rayonunda son bir ayda ətin qiyməti orta hesabla iki manat artıb.

Yenisabah.az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlərin qalxmasına əsas səbəb rayonda heyvanların sayının azalması və yem-otun bahalaşmasıdır.

Onların fikrincə, bahalaşma təkcə alıcılara deyil, həm də satıcılara mənfi təsir göstərib. Əvvəllər gün ərzində 80-100 kiloqram ət sata bildikləri halda, indi bu rəqəm 40-50 kiloqrama düşüb. pizza

Alıcılar da qiymət artımından narazılıqlarını bildiriblər.

Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, bazar qiymətlərinə müdaxilə qurumun səlahiyyətlərinə daxil deyil.

Qeyd olunub ki, qiymət artımı bazar münasibətləri əsasında formalaşır və dövlət qurumlarının bu prosesə təsir imkanları məhduddur.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!