Azərbaycanın bu şəhərlərinə giriş-çıxış bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu şəhərlərinə giriş-çıxış bağlandı

Rəsmi

14 Oktyabr 2020 00:02 4612


Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış bu gündən dayandırılıb.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabinetin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış 14 oktyabr saat 00:00-dan dayandırılır. pizza hut

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!