Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazandı

İdman

28 Fevral 2026 19:50 749


Daşkənddə təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turniri Azərbaycan millisi üçün uğurla davam edir.

"Yeni Sabah" xəbər verir ki, 81 kq çəki dərəcəsində tatamiyə çıxan Ömər Rəcəbli karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub. O, finala qədər Rumıniya, Tacikistan, Yaponiya və Özbəkistan idmançılarını məğlub edərək həlledici mərhələyə yüksəlib. Final görüşündə isə Rusiya təmsilçisi Abdul-Kerim Tasuyevə tam üstünlüklə qalib gəlib.

22 yaşlı cüdoçu turnir ərzində keçirdiyi beş görüşün dördündə rəqiblərinə ne-vazada osaekomi (saxlama) fəndi ilə qalib gəlib. Bu nəticə onun Dünya turunda qazandığı ilk qızıl medal kimi yadda qalıb. Marqarita pizza

Xatırladaq ki, yarışın ilk günündə millimizin digər üzvləri - 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medal əldə edib.

Beləliklə, Azərbaycan yığması turnirdə 2 qızıl və 1 gümüş medal qazanaraq ümumi medal cədvəlində 39 ölkə arasında ikinci pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!