Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazandı

İdman

15 Sentyabr 2025 23:25 285


Azərbaycan güləşçisi Osman Nurmaqomedov (92 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, üçüncü yarış günündə o, bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib.

Görüş boyunca üstün olan təmsilçimiz 5:1 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub. Bununla da güləşçimiz analoji yarışlarda dördüncü medalını qazanıb. Toyuqlu pizza

Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabı ilə qalib gəlib. Debütant bürünc medal uğrunda qarşılaşmada isə iranlı Mohammad Noxodilarimiyə 2:4 hesabı ilə məğlub olaraq dünya çempionatını 5-ci yerdə başa vurub.

Beləliklə, millimizin cari mundialda qazandığı medalların sayı dördə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!