Azərbaycanın daha iki güləşçisi Serbiyada bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha iki güləşçisi Serbiyada bürünc medal qazandı

İdman

15 Mart 2026 22:54 587


Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə macarıstanlı Petro Jitovozu 6:3 hesabı ilə məğlub edib.

Eyni zamanda Fərahim Mustafayev (72 kq) də bürünc medalın sahibi olub. pizza mizza

O, bürünc medal uğrunda görüşdə rumıniyalı Leonard Petru İuraşkunu 5:4 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu, Avropa çempionatında Azərbaycanın 6-cı bürünc medalı olub. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq), Fərid Sadıxlı (55 kq), həmçinin yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) da bürünc medal sahibi olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!