Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb

Rəqəmsal

12 Oktyabr 2024 14:12 4743


Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 739 kiberhücum indikatoru (IOC) müəyyən edib.

"Report"un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 17,1 % azdır.

Kibertəhdidlərin 379-u daxili araşdırma, 360-ı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. pizza sifarişi

Təkcə sentyabr ayında 64 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 16,9 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 618,4 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 395 min 100, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 181 min 298 zərərverici tərkibli elektron sənəd blok edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!