30 il Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayaraq havadarlarının dəstəyi ilə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, BMT qətnamələrinin icrası barədə düşünməyən Ermənistan tarixi Zəfərimizdən sonra bu “ərköyünlüyünü” davam etdirə biləcəyini düşünsə də artıq bunun mümkünsüzlüyünün fərqindədir.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan işğal dövründə ən yüksək beynəlxalq tribunalardan Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunmasını tələb etsə də dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ədaləti, beynəlxalq hüququ arxa plana keçirir, işğalçı müdafiə edilirdi. pizza sifarişi
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bütün bunları qeyd etməyimiz səbəbsiz deyil. Məsələ burasındadır ki, Ermənistan daim Azərbaycanın suveren hüquqlarını pozaraq özünün əsassız iddialarını həqiqət kimi qəbul etdirməyə çalışmaqla apardığı təbliğatın “həqiqət” olduğuna havadarlarının vasitəsilə bəzi dünya güclərini inandırmağa çalışır. Bu gün artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq.
Vüqar Rəhimzadə bildirib ki, bu mühüm addım Ermənistanı və onun havadarlarını məyus etdi. Müxtəlif əsassız fikirlərlə beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışdılar. İşğalçı dövlət heç bir əsası olmayan bu kimi təbliğatları ilə kifayətlənməyib Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi. 6 iyul 2023-cü il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may 2023-cü il tarixində Məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü il tarixində Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olduğuna dair vəsatətini yekdilliklə rədd etdi.
Ermənistan Azərbaycan tərəfindən 23 aprel 2023-cü il tarixində Ermənistanla şərti dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasını Məhkəmənin 22 fevral 2023-cü il qərarını pozduğunu, bunu nəzərə alaraq Azərbaycan tərəfindən SBM-nin təcili ləğv edilməsini, Laçın yolundan və yol boyu Azərbaycanın hər hansı silahlı qüvvələrinin çıxarılmasını tələb etmişdi. 25 may 2023-cü il tarixində Azərbaycan tərəfi Məhkəməyə Ermənistan tərəfindən bu müddət ərzində Laçın yolunun qanunsuz istifadə edilməsini sübut edən dəlilləri təqdim etmiş, xüsusilə bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə öz hərbçilərinin göndərilməsi, yeni istehsal edilmiş minaların gətirilməsi və bu ərazilərdə basdırılması, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və Ermənistana daşınması, üçüncü dövlətlərin vətəndaşlarının Azərbaycana qanunsuz gəlməsinə şərait yaradılması məqsədilə sui-istifadə hallarına dair çoxsaylı sübutlar təqdim etmişdi. 6 iyul tarixində Məhkəmə Azərbaycanın təqdim etdiyi sübutlarla və gətirdiyi arqumentlərlə tam razılaşmış, Ermənistanın vəsatətini yekdilliklə rədd etmişdir. Bununla da Məhkəmə Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət-buraxılış məntəqəsini qurmağa beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmi tanımışdır. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Qərarını və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməkdədir. Azərbaycan Ermənistanın beynəlxalq hüququn davamlı şəkildə və tarixi ağır pozuntularına görə məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək. Azərbaycanın Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququdur. Sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılan andan indiyədək erməniəsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində giriş-çıxışda sərhəd nəzarətinin ayrı-seçkilik olmadan həyata keçirildiyi sərhəd-buraxılış məntəqəsindən keçməkdədirlər.
YAP Xətai rayon təşkilatının sədri Beynəlxalq Ədalət Məhkəməsinin qərarını Azərbaycanın növbəti uğuru kimi dəyərləndirib. Bildirib ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti davamlı uğurları ilə diqqətdədir.
Telegram kanalımız