Azərbaycanın ən riskli banklarının siyahısı –   Diqqət

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın ən riskli banklarının siyahısı – Diqqət

İqtisadiyyat

16 May 2019 11:26 3252


2019-cu ilin ilk rübü üzrə riskli aktivlərinin həcminə görə bankların siyahısına nəzər yetirdikdə onların bir neçəsinin vəziyyətinin o qədər də ürəkaçan olmadığı üzə çıxır. Riskli aktivlər adından da göründüyü kimi, bankların qiymət dəyişiminə uğraya biləcək aktivləridir, yəni bu aktivlərin müəyyən mənada banka vaxtında və tam qaytarılmaması, yaxud ümumiyyətlə batması ehtimalı mövcuddur.

Qeyd edək ki, riskli aktivlərin çoxluğu əsas etibarilə bankların daha çox gəlir əldə etmək istəyindən, iştahasından irəli gəlir və onların böyük hissəsini yüksək faizlə verilmiş, az qala analoqu olmayan kreditlər təşkil edir. Bu isə təəssüf ki, Azərbaycan bankçılığı üçün adi hala çevrilib…

Lakin belə aktivlərin çoxluğu istənilən bankı müflisləşmə təhlükəsi ilə üz-üzə qoya bilər. Və bu göstərici bankların riskli aktivləri qarşısında dayanıqlığını göstərən adekvatlıq əmsalını müəyyən etmək üçün olduqca vacibdir. Lakin bankların vəziyyətini əks etdirən əsas göstərici sadəcə riskli aktivlərin məbləği yox, daha çox həmin məbləğin bankın ümumi aktivlərindəki payıdır. Pepperoni pizza

Misal üçün aşağıdakı cədvəldən göründüyü kimi, ən çox riskli aktivi olan “Beynəlxalq Bank”dır. Lakin bu bankın ümumi aktivləri riskli aktivlərindən 3 dəfəyədək çoxdur. Bu bankın məcmu kapitalı və adekvatlıq əmsalı da yüksəkdir. Eyni sözləri “Kapital Bank” və “Paşa Bank”a da aid etmək olar. Deməli, bu bankları qətiyyən riskli banklar hesab etmək olmaz, əksinə, onlar daha dayanıqlı sayıla bilər.

Ancaq misal üçün “AGBank”, “Bank of Baku” və “AccesBank” kimi bankların vəziyyəti daha riskli görünür. Məsələn, birinci rübün nəticələrinə görə, “AGBank”ın cəmi aktivləri 495 milyon manat təşkil edib. Bunun 430 milyondan artığı riskli aktivlərdir.

“AccesBank”ın isə cəmi aktivləri 800 milyon manat olduğu halda, riskli aktivləri təxminən 637 milyon manat təşkil edib. Bunlar kifayət qədər böyük rəqəmlərdir və risk dərəcəsinin yüksək olduğundan xəbər verir.

Riskli banklardan biri sayılan “AccesBank”ın İdarə Heyətinin sədri Anar Həsənov özü də bankın bir müddət zərərlə işləyəcəyini demişdi və bu proqnoz özünü doğruldub. Belə ki, bank birinci rübdə 74 milyon manat zərər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə(!) çoxdur. Bunun da səbəbi bankın aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün böyük məbləğdə – 92 milyon manata yaxın vəsait ayırmağa məcbur olmasıdır. Bu faktın özü bankın riskli vəsaitlərinin çox olmasından xəbər verir. Və bütün bunlar ölkə başçısının problemli kreditlərin həllinə dair fərmanına rəğmən baş verməkdədir. Xatırladaq ki, bu fərman vətəndaşlarla yanaşı bankların da kreditlərlə bağlı problemlərinin əsaslı surətdə həll edilməsinə yönəlib.

Eyni sözləri “Bank of Baku”ya da aid etmək olar. Bankın cəmi aktivləri 271 milyon manata yaxın olduğu halda, riskli aktivləri təxminən 263 milyon manatdır.

“Unibank”da da bu sarıdan vəziyyət ürəkaçan deyil – 736 milyon manata qarşı 550 milyon riskli aktiv. Bu siyahını artırmaq və digər bir neçə bankı da əlavə etmək olar.

Bir məqamı da qeyd edək ki, riskli aktivlərin çoxluğu bankların dayanıqlığını göstərən ən başlıca göstərici – kapital adekvatlığı əmsalında da özünü biruzə verir və adlarını çəkdiyimiz bankların “axsadıqları” elə bu əmsalda da özünü göstərir. Sözügedən banklar həmin əmsalın ən aşağı olduğu banklar sırasındadır.

Bu sırada Elman Rüstəmova aid olduğu bildirilən “Bank Respublika” da var. Bu bankın məcmu kapitalı onun risk ölçülü aktivlərinin cəmi 10 faizini təşkil edir. “AGBank” da eyni vəziyyətdədir – 10.11 faiz.

Ötən rüb məcmu kapitalı 90 milyon manata çatan “AccesBank” yalnız kapitallaşma hesabına bu göstəricisini qismən düzəldə bilib və 14 faizə çatdırıb. Birinci rübün nəticələrinə görə, adekvatlıq əmsalı çox zəif və minimal normadan da aşağı, yəni vəziyyəti daha “sürüşkən” olan isə “Bank of Baku”dur – 6.5 faiz.

Yuxarıda qeyd etdiklərimiz dövlət səviyyəsində güzəştlərə və yaradılan şəraitə rəğmən əsas etibarilə ayrı-ayrı məmur-oliqarxların nəzarətində olan Azərbaycanın bank sektorunun fəaliyyətinin hələ də qənaətbəxş olmamasının daha bir göstəricisidir. Xatırladaq ki, məhz bank sektoru yenə də müasir standartlara, normalara tam uyğunlaşa bilməyən və əhalinin ən çox şikayət etdiyi, narazı qaldığı sahələrdən biri olaraq qalmaqdadır.

2019-cu ilin ilk rübü üzrə riskli aktivlərinin həcminə görə bankların siyahısı:

Bank

Riskli aktivlər 

(manat)

Beynəlxalq Bank

3 179 648 000

Kapital Bank

2 253 328 000

Paşa Bank

2 204 907 000

Xalq Bank

1 863 461 880

Premium Bank

827 735 000

AccessBank

636 948 240

Atabank

59 661 2580

Unibank

550 062 000

Muğanbank

523 024 260

Bank Respublika

461 713 000

ASB Bank

449 761 120

AGBank

430 187 279

Rabitəbank

376 043 000

Nikoil Bank

293 273 330

Expressbank

292 804 000

Bank of Baku

262 992 780

Ziraat Bankı

251 372 930

NBC Bank

245 421 000

Bank BTB

235 156 000

Azər Türk Bank

224 087 640

Gunay Bank

184 649 450

AFB Bank

177 423 170

VTB Bank Azərbaycan

143 365 910

Bank Avrasiya

99 490 900

Naxçıvanbank

52 969 270

Pakistan milli bankının Bakı filialı

4 046 500

Azpolitika.info

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!