“Azərbaycanın enerji uğurları iqtisadi imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır” 

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın enerji uğurları iqtisadi imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır” 

Siyasət

01 İyun 2022 18:21 847


“30 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın qazandığı uğurların miqyasına diqqət yetirsək ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin bütün dövrlərdə aktuallığını qoruyub saxladığını qeyd edə bilərik. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri,  siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycana artan maraq, inam ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişlənməsindən də aydın görünür. Artıq əməkdaşlığın coğrafiyası regional çərçivədən çıxaraq beynəlxalq miqyas alıb: "Son 18 ildən artıq müddətdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində «Əsrin müqaviləsi»nin əhəmiyyətini belə xarakterizə etmişdir ki, əgər bu saziş imzalanmasaydı, hazırda Azərbaycanın iqtisadi və siyasi mövqeyinin hansı səviyyədə olacağını düşünmək çətin deyildi". pizza hut

Diqqəti dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin iştirakçılarına məktubuna yönəldən Vüqar Rəhimzadə vurğulayıb ki, ölkə Prezidenti həmin məktubda da qeyd edir ki, Bakı Enerji Həftəsi Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra yenidən təşkil olunur: "Həm canlı görüşlər, həm də bölgənin sənaye liderləri ilə canlı dialoq sərgi və forumun əhəmiyyətini daha da artırır. Builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. O da təqdirəlayiq hal kimi qeyd edilir ki,  qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində dialoqun əsas gündəliyini təşkil edir".

Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edən  Vüqar Rəhimzadə vurğulayıb ki, gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirən Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi tanınır: 

YAP Xətai rayon təşkilatının sədri bu il ənənəvi 27-ci  Xəzər Neft və Qaz Sərgisinin  dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirdiyini, iştirakçıların siyahısında Almaniya, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə,  Xorvatiya və Yaponiya şirkətlərinin olduğunu  önə çəkərək  Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktubu fonunda bu gün ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində artan rolundan bəhs edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!