Azərbaycan və Ermənistan XİN rəhbərlərinin oktyabrın 2-də Cenevrədə görüşü keçirilib. Azərbaycan XİN-dən verilən məlumata görə, görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi, cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.
Xatırladaq ki, erməni tərəfi bundan öncə delimitasiya prosesinin cari ilin mart ayında başlamasını təklif etmişdi. Onlar qış aylarında ərazidə hava şəraitinin kəskin olmasını və torpaq örtüyünün qarla örtülməsini prosesi əngəlləşdirən bir səbəb olaraq göstərmişdilər. Lakin mart ayından sonra baş verən erməni təxribatları və sərhəd toqquşmaları nəticəsində proses bir daha ləngidi. İndi isə qarşıdan yenidən qış gəlir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Yenisabah.az-a açıqlamasında deyib ki, ikitərəfli komissiyalarda vasitəçi yoxdur. BMTM sədrinin sözlərinə görə, ermənilər hava şəraiti məsələsində tamamilə bəhanə axtarırlar: pizza sifarişi
“Ümumiyyətlə, ilk addım delimitasiyadır, sonra isə demarkasiya. Yəni əvvəl sənədlər üzərində razılıq aparılmalıdır, sonra artıq yerində, yəni ərazi sərhəd işarələri ilə təyin edilməlidir”.
Prosesin niyə noyabrda yox, oktyabrda başlaması məsələsini isə F. Şəfiyev belə cavablandırıb:
“Sərhəddə toqquşmalar tez-tez baş verir. Baxmayaraq ki, ermənilər vaxtaşırı bu təxribatı törədirlər, lakin hazırda bizim mövqelərimiz verdiyimiz cavablar nəticəsində güclənib.
Burada söhbət isə ondan gedir ki, delimitasiya prosesi sülh prosesinə töhfə verəcək. Çox güman ki, bu məsələni Cenevrədə təkcə Azərbaycan tərəfi qaldırmayıb. Mən belə başa düşürəm ki, sərhədlərlə bağlı məsələyə amerikanlar, fransızlar və digər Aİ-dən olan vasitəçilər də toxunublar. Ona görə də biz bunun daha tez keçirilməsini təklif etmişik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız