“Ermənistanla Azərbaycan arasında bir sıra məsələlərdə əsas fikir ayrılıqları mövcuddur ki, bunlardan biri də Dağlıq Qarabağa aiddir”.
Yenisabah.az “AzadlıqRadiosu”na istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan deyib.
“Vaşinqtonda danışıqlardan sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında hansı məsələlərdə fikir ayrılığı qalıb” sualına cavab verən erməni nazir söyləyib ki, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması Praqa və Soçidə qeydə alınsa da, tərəflər hələ də sülh müqaviləsi layihəsinin mətni ilə bağlı razılığa gələ bilməyib. Onun sözlərinə görə, bu razılıq əldə olunsa, Azərbaycanın Ermənistanın 29.800 kvadrat kilometr ərazisini tanıması İrəvanda əminlik yaradacaq. pizza hut
Baş nazir vurğulayıb ki, Qarabağ ermənilərinin hüquqlarının həllində fərqliliklər var və onlar qorunub saxlanılır.
“Sonra hər hansı bir razılaşmanın, hətta ən birmənalı şəkildə yazılanların belə şərhləri var. Bu şərhlərin necə həll olunması sonda çox mühüm məsələdir, yəni sülh müqaviləsi imzalandıqdan sonra sülhün təmin olunması əsas məsələdir. Xüsusilə qoşunların çıxarılması ilə bağlı demilitarizasiya zonasının yaradılması həm beynəlxalq, həm də yerli mexanizmlərlə nəzərə alınmalıdır.
Bizdə Qarabağ ermənilərinin hüquqlarının həlli ilə bağlı şərhlər var və onlar qorunub saxlanılır”, – baş nazir qeyd edib.
Telegram kanalımız