Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi

Mədəniyyət

18 Sentyabr 2020 10:35 1002


Azərbaycanın “Eurovision-2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Yenisabah.az-a verilən məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Eurovision-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi (Samirə Əfəndiyeva) təmsil edəcək. pizza sifarişi

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Eurovision"un Azərbaycanda rəsmi yayım hüququ İTV-yə məxsusdur. 

Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!