Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək

İdman

26 Sentyabr 2025 08:42 299


Azərbaycanda təşkil olunan III MDB Oyunlarında bu gün ilk yarışa start veriləcək.

“Yeni Sabah” xəbər verir ki, bu gün Qəbələdə stolüstü tennisçilər mübarizəyə başlayacaqlar.

Stolüstü tennis yarışı Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək. Pepperoni pizza

Qeyd edək ki, yarışa 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılacaq. Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunacaq.

III MDB Oyunları Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!