Azərbaycanın hərbi təlimləri nəyə hesablanıb?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın hərbi təlimləri nəyə hesablanıb?

Rəsmi

16 May 2019 11:42 1358


“Azərbaycan Silahlı Qüvvələri son 5 il ərzində irimiqyaslı hərbi təlimlərin sayını artırıb və təyinatına əsaslı şəkildə dəyişikliklər edilib. Bu təlimlərin böyük hissəsi  Ermənistan- Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinə yaxın istiqamətdə həyata keçirilir. Bunun həm hərbi, həm də siyasi əhəmiyyəti var”.

Bunu “Yeni Sabah”a hərbi ekspert Ramil Məmmədli mayın 20-dən 24-dək keçiriləcək Azərbaycan Ordusunun irimiqyaslı əməliyyat-taktiki təlimlərindən danışarkən deyib. O  qeyd edib ki, hərbi təlimlərin cəbhəboyu ərazilərdə keçirilməsi belə Ermənistana və onu dəstəkləyən qüvvələrə ismarıcdır:

“Məsələnin digər tərəfi isə Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının, hərbi qulluqçuların bacarıqlarının artırılmasıdır. Əlbəttə, döyüş meydanında qazanılan bütün uğurlar təlimlərdən keçir. Təlimlərin sayının çoxalması Azərbaycan Ordusunun döyüşlərdə qələbə qazana biləcəyinə zəmin yaradır. Məsələyə konkret olaraq belə yanaşmaq olar.  pizza hut

Birincisi, Azərbaycan Silahlı Qüvvələri davamlı şəkildə hər il yeni silah və digər texnika vasitələri ilə təchiz olunur. Məhz bu silahların imkanlarının öyrənilməsi, döyüşçülərimizin texnikalardan istifadə bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlərə ehtiyac var. Nəzəri cəhətdən məsələlərə yanaşmaq tamam fərqlidir. Tutaq ki, yeni tank əleyhinə qumbaraatandır, lakin onun təlimdə istifadə olunması artıq başqa effekt verir. Yəni hərbçinin döyüşdə uğur qazanmasına şərait yaradır”.

R.Məmmədli bildirib ki, irimiqyaslı hərbi təlimlər hərbi qulluqçularımızın döyüş şəraitində özlərini aparmaq bacarığını inkişaf etdirir:

“İrimiqyaslı hərbi təlimlərdə bütün qoşun növləri istifadə olunduğundan real döyüş mühiti yaranır. Digəri isə, rabitə məsələsidir. Qoşun növlərinin bir-birilə əlaqəli fəaliyyət göstəməsi ilə bağlı məqamdır. Bizim Birinci Qarabağ Savaşında – 1990-cı illərin əvvəllərində narahatlığımızın, müəyyən uğursuzluğumuzun da səbəblərindən biri məhz qoşun növləri arasında rabitənin zəif olması ilə bağlı idi. İrimiqyaslı təlimlər qoşun növləri arasında əlaqəli fəaliyyət göstərmənin, rabitə imkanlarının təkmilləşdirilməsi baxımından da çox vacibdir. 

Bu dəfəki təlim 2019-cu il üçün ikinci irimiqyaslı təlimdir. Bilirsiniz, birincisi qış fəslinin sonunda keçirildi.  Düşünürəm ki, bu təlimlər Ermənistanı narahat edir və əslində onların buna bir səbəbləri də var. Çünki Azərbaycan Silahlı Qüvvələrinin döyüş bacarığının bu formada gücləndirilməsi sonda ermənilərin məğlubiyyəti ilə nəticələnəcək”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!