Azərbaycanın ildırımsürətli qələbəsi… - General açıqladı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın ildırımsürətli qələbəsi… - General açıqladı 

Rəsmi

09 Oktyabr 2020 14:10 5356


Ordumuzun hücum əməliyyatlarını taktiki cəhətdən çox dəqiq hesablanmış bir əməliyyat hesab edirəm. Çox yüksək səviyyədə və peşəkarlıqla hazırlanmış əməliyyatlardır.

“Yeni Sabah” xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov Silahlı Qüvvələrimizin Qarabağ cəbhəsində apardığı uğurlu əks-hücum əməliyyatlarından danışarkən deyib. Yaşar Aydəmirov bildirib ki, düşmənin dərinliklərindəki hədəflər ordumuz tərəfindən yüksək dəqiqliklə məhv edilir:

“Taktiki cəhətdən düşmənin gözləmədiyi istiqamətlərdən həyata keçirilən çox dəqiqliklə hazırlanmış hücum əməliyyatıdır. Bu elə bir əməliyyat planıdır ki, əsas zərbə istiqamətini ermənilər heç cür təyin edə bilmirlər. Gözlənilməz, dərrakəli və ağıllı hücumlar həyata keçirilir. Müasir silahlardan da qarışıq şəkildə tətbiq edilir ki, bu da düşməni çaş-baş salır”. Toyuqlu pizza

Ehtiyatda olan general-leytenant onu da əlavə edib ki, bu gedişlə ildırımsürətli qələbə xəbərləri alacağıq:

“Əgər üçüncü dövlətlər bu məsələyə qarışmasa və bizə mane olmasa, bizim qısa zamanda böyük nəticələr əldə edəcəyimiz faktdır. Torpaqlarımız tezliklə azad olunacaq. Ermənilərin əsas bazaları, əsas ehtiyatları, əsas atış nöqtələri, əsas atəş vasitələri artıq sıradan çıxarılıb. Bu da mütləq üstünlüyün bizim tərəfimizdə olmasının göstəricisidir. Əminəm ki, tez bir zamanda tam qələbə qazanacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!