SON DƏQİQƏ! Azərbaycanın İrandakı səfirliyi ilə   YENİ XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Azərbaycanın İrandakı səfirliyi ilə YENİ XƏBƏR

Siyasət

12 Aprel 2026 16:29 1483


Aprelin12-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi fəaliyyətini bərpa edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək. Sezar pizza

Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.

Azərbaycan Səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.

Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!