"Hüseynçilər" hərəkatının 2 üzvü Azərbaycan Respublikasının irəli sürdüyü ittihamları araşdırmaq üçün nəzarət altındadır.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə İranın məlumatlı təhlükəsizlik rəsmisi danışıb.
Onun sözlərinə görə, Qum şəhərində həbs edilənlər sadəcə saxlanılıblar: "Azərbaycan hökuməti İrandakı vətəndaşları haqqında bəzi ittihamlar irəli sürüb və bu ittihamların araşdırılması daha əlavə istintaq tələb edir. BUna görə də adıçəkilən şəxslər hələlik nəzarət altındadır". pizza hut
Xatırladaq ki, bir həftə əvvəl İranda "Hüseynçilər" qrupunun liderləri Tohid İbrahimbəyli və Orxan Məmmədov həbs olunublar.
Telegram kanalımız