Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, şair Abbas Abdulla vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə APA-ya şair Sayman Aruz məlumat verib. Sentyabrın 5-də saat 13:00-da mərhumun cənazəsi dəfn üçün evindən götürüləcək.
O, bu gün saat 13:00-da Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.
Şairin uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, A. Abdulla Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olub.
Telegram kanalımız