Rusiyanın Krım körpüsünün partladılmasından sonra ötən gün paytaxt Kiyevi bombalaması nəticəsində bir sıra xarici dövlətlərin konsul və səfirlikləri yenidən Ukraynadan təxliyə olunmağa başlayıblar.
Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyi ilə əlaqə saxladıq.
Yenisabah.az-ın sorğusuna cavab olaraq Kiyevdəki səfirliyimizdən bildirilib ki, Azərbaycan səfirliyi Kiyevdə fəaliyyətini davam etdirir və bu istiqamətdə hələlik dəyişiklik nəzərdə tutulmur: Sezar pizza
“Hava hücumlarının intensivləşməsi nəticəsində Kiyevdən kütləvi təxliyə və diplomatik nümayəndəliklərin fəaliyyətində dəyişiklik müşahidə edilmir.
11.10.2022 tarixindən etibarən vəziyyət nisbətən sabitləşənədək hava həyəcanı elan olunduğu müddətdə müraciətçilərin təhlükəsizliyi üçün konsulluq qəbulu dayandırılıb. Hava həyəcanı olmayan zamanlarda qəbul iş günləri hər gün 10:00-dan 13:00-dək aparılır, 15:00-dan 17:00-dək hazır sənədlər təhvil verilir”, – deyə məlumatda qeyd olunub.
Səfir Elmira Axundovanın hazırda işinin başında olub-olmaması ilə bağlı sualımız isə səfirlik tərəfindən cavabsız qalıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız