“Azərbaycanın KTMT-yə üzvlüyü mümkündür, amma... “ –   Rusiyalı nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın KTMT-yə üzvlüyü mümkündür, amma... “ – Rusiyalı nazir müavini

Siyasət

24 May 2021 11:32 1117


“KTMT-nin qapıları, Azərbaycan da daxil olmaqla, hamı üçün açıq olmalıdır”.

Yenisabah.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə verdiyi müsahibədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

O, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatlara inteqrasiyası kontekstində Aİİ (Avrasiya İqtisadi İttifaqı) və KTMT-yə üzvlüyün genişləndirilməsi perspektivlərinə necə baxması barədə sualı cavablandırarkən deyib: “Üzvlüyü məhdudlaşdıra biləcək yeganə şey təşkilatın nizamnaməsinin müəyyən müddəalarıdır, buna görə də, KTMT-də iştirak etmək üçün üzvləri arasında diplomatik münasibətlərin olması zəruridir. Azərbaycanla Ermənistan arasında hələ belə bir münasibət yoxdur. Bu münasibətlər qurulduqda, – ümid edirik ki, gec-tez bu baş verəcək, – o zaman məsələ də bu və ya digər şəkildə praktik bir müstəviyə qoyula bilər”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!