Azərbaycanın neft-qaz sektoruna nə qədər investisiya qoyulub?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın neft-qaz sektoruna nə qədər investisiya qoyulub?

İqtisadiyyat

06 May 2019 08:09 1016


Podratçılar tərəfindən 1995-ci ildən indiyədək Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 80 mlrd. ABŞ dollarından artıq məbləğdə sərmayə yatırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində “Yeni neft strategiyasının banisi” adlı məqaləsində qeyd edilib.

Bildirilib ki, hazırda SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 24 şirkətlə imzalanmış 19 Hasilatın Pay Bölgüsü Sazişi və 2 Risk Xidməti Sazişinin tərəfdaşlarıdır. Dördpendirli pizza

Məqalədə Heydər Əliyevin Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün həyata keçirdiyi tədbirlər vurğulanıb və bildirilib ki, Ulu öndər Heydər Əliyev tərəfindən zərgər dəqiqliyi ilə hesablanmış enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi altında zəfər yolunu bu gün də uğurla davam etdirir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!