Azərbaycanın quru sərhədləri buna görə bağlıdır - İlk dəfə açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın quru sərhədləri buna görə bağlıdır - İlk dəfə açıqlandı

Sosial

02 Aprel 2024 14:49 35700


“Sərhədlərin bağlanmasıyla bağlı qərar özünün doğruluğunu getdikcə daha çox isbatlayır. Çünki dünyanın olduqca böyük təhlükələrlə qarşı-qarşıya olduğunun fərqindəyik”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov TV Müsavat-ın efirində sərhədlərin açılması ilə bağlı suala cavab verərkən deyib. Deputat qeyd edib ki, hazırda Azərbaycan üçün ən ciddi təhlükələr məhz xaricdən gələ bilər: 

“Cənab prezident parlamentdəki andiçmə mərasimində də qeyd etdi ki, bizdə daxildən heç bir təhdid və təhlükə yoxdur. Bizə təhdidlər 2 istiqamətdən, ideoloji və sərhəddən gələ bilər”.  pizza sifarişi

Deputat Rusiyanın paytaxtı Moskvada baş verən terror aktlarını misal göstərərək, sərhədlərin bağlı qalmasının vacib olduğunu qeyd edib: 

“Mənə elə gəlir ki, bundan sonra dünyada terror aktlarının sayı artacaq. Çünki dünya bu gün qlobal qarşıdurmaya gedir. Bundan isə ən çox terrorçular istifadə edir. Sərhədlər qapalı olduqda təhlükəsizliyin təmin olunması imkanları daha da genişlənir” – deyə Elman Nəsirov bildirib. 

Nazim HACIYEV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramil Şirinov
    Biz başa düşdük.Milləti də başa düşüb hava uçuş qiymətlərini aşağı etmək lazımdır ki xalqı düşünürük sözünə isbat olsun.
    2 years ago
  • Eşqin
    Raziyam olsun onda tekce vetendaslara aciq olsunda gediw geliw xaricileri buraxma guya terorist samaliyota mine bilmir?bilmirleree ne uyduralar hami yaxwi bilirki sizin 1meqsediniz var oda pul qazanmaq siz hecvaxt vetandawi duwunmemisiz nede duwunmeyeceksiz
    2 years ago
  • Paşa
    Görəsən bunu tək fikirləşib? Tək adam işi döyür.
    2 years ago
  • Elşad
    Mənasız izahdir,terörcu gömrük keçib gəlməsə gələ bilməzki yəni?
    2 years ago
  • Sharif
    NƏ gözəl şans keçdi əlinizə, bax belə fırlada fırlada, uydura uydura qapadın bu Bədbəxt milləti
    2 years ago