Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında gümüş medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionatında gümüş medal qazandı

İdman

11 Mart 2026 21:46 571


Azərbaycanın sərbəst güləşçisi Ceyhun Allahverdiyev (61 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.

"Yeni Sabah" xəbər verir ki, Ceyhun finalda erməni güləşçi Levik Mikayelyana uduzub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq) Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıblar. Toyuqlu pizza

Avropa çempionatına martın 15-də yekun vurulacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!