“Azərbaycanın təklifləri sülh müqaviləsi üçün əsas yaradacaq“ - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın təklifləri sülh müqaviləsi üçün əsas yaradacaq“ - Lavrov

Siyasət

23 Dekabr 2022 16:29 665


"Danışıqlar zamanı biz sülh müqaviləsi mövzusuna, tərəflərin mövqelərinin yaxınlaşması üçün görülməli işlərə toxunduq. Azərbaycanın təklifləri hüquqi sənəd üçün əsas yaratmağa kömək edəcək".

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda vəziyyətin nizamlanması və faydalı qazıntı yataqları ilə bağlı yaranmış fikir ayrılıqlarının aradan qaldırılması üçün mütəmadi işlər görür. Marqarita pizza

Lavrov qeyd edib ki, bu, mövzu köhnədir və onun kəskinliyini aradan qaldırmaq lazımdır: "Davamlı və ədalətli sülhün bərqərar olmasında hamıdan çox Rusiya maraqlıdır. Biz həmçinin imzalanmış bütün üçtərəfli bəyanatların icrasını təhlil etdik, həmçinin nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması məsələsini müzakirə etdik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!