Azərbaycanın Türkiyədəki səfiri zəlzələdə xəsarət alanlara baş çəkdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Türkiyədəki səfiri zəlzələdə xəsarət alanlara baş çəkdi - Fotolar

Siyasət

24 Fevral 2023 00:58 610


Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov zəlzələ nəticəsində yaralanan və Ankara Universiteti Tibb fakültəsi Cebeci Araşdırma və Tətbiq Xəstəxanasında müalicə alan uşaqlara baş çəkib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfir Ankara Universitetinin rektoru Necdet Ünüvarın müşayəti ilə Aleyna Ölmez, Hülyasu Kısa, Feyza Nur Yakar, Miraç Eren Döner, Ayça Çepni və Zeynep Küçüklerin səhhəti ilə maraqlanıb. pizza mizza

Necdet Ünüvar Azərbaycan səfirinə uşaqların müalicəsi barədə məlumat verib.

Səfir uşaqlara hədiyyələr təqdim etdikdən sonra onlarla və yaxınları ilə söhbət edib, xoş arzularını çatdırıb, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

Səfir bəyan edib ki, Türkiyə heç vaxt tək deyil:

“Azərbaycan dövləti və xalqı hər zaman qardaşlarımızın yanındadır. Azərbaycan bundan sonra da zəlzələnin yaralarının sağalması üçün əlindən gələni edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!