Azərbaycanın Türkiyənin zəlzələ bölgəsinə göndərdiyi humanitar yardımın həcmi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Türkiyənin zəlzələ bölgəsinə göndərdiyi humanitar yardımın həcmi açıqlandı

Siyasət

21 Fevral 2023 19:48 848


Baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 21 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.

Bu günə qədər Azərbaycandan Türkiyəyə 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 6872 çadır, 4 səhra mətbəxi, 899 generator, 239 819 ədəd zəruri ləvazimat və məhsullar, 318 273 isti geyim, 1 412 594 ədəd dərman və tibb ləvazimatı, 12 790 ədəd qızdırıcı və texniki avadanlıq, 183 konteyner tipli mobil ev, hökumət, dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən 24 milyon 900 min AZN maddi yardım göndərilib. Həmçinin təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və rəsmi axtarış-xilasetmə maşınları pulsuz yanacaqla təmin edilib. Dominos pizza

Humanitar yardım Türkiyəyə 15 təyyarə, 395 yük avtomobili və 25 qatar vaqonu vasitəsilə çatdırılıb.

Qeyd edək ki, fiziki şəxslər və ayrı-ayrı özəl şirkətlər tərəfindən göndərilən yardımlar burada əks olunmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!