Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara müraciət etdi

Siyasət

30 İyul 2022 19:55 1659


Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara müraciət edib.

Yenisabah.az xəbər verir ki, müraciətdə səfirlik bildirir:

"Ukraynada təhlükəsizlik şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar səfirlik ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək aşağıda qeyd olunanları nəzərə almağı tövsiyə edir: Toyuqlu pizza

- Aktiv hərbi əməliyyatların davam etdiyi, habelə intensiv hava hücumuna məruz qalan bölgələrə səyahətdən yayınmaq;

- Hərbi hissələr və müdafiə sənayesi müəssisələrindən, o cümlədən potensial hədəf ola biləcək digər hərbi obyektlərdən uzaq durmaq;

- Ölkə daxilində səfər edərkən diqqətli olmaq, marşrutu ehtiyatla seçmək, təhlükəsizliyinə mümkün qədər əmin olmaq;

- Ciddi ehtiyac olmadıqca əhalinin sıx toplaşdığı ictimai yerləri ziyarət etməmək;

- Ölkə daxilində nəzarət məntəqələrinin fəaliyyət göstərdiyini nəzərə alaraq şəxsiyyəti təsdiq edən etibarlı sənəd gəzdirmək;

- Komendant saatlarına və səlahiyyətli orqanların digər təhlükəsizlik tələblərinə riayət etmək;

- Etibarlı səyahət sənədlərini hazır vəziyyətdə saxlamaq (etibarlı sənədləri olmayan vətəndaşlarımızın sənədlərinin mümkün şəkildə qaydaya salınması üçün səfirliklə əlaqə saxlamaları xahiş olunur);

- Olduqları yerə yaxın ərazilərdə mövcud sığınacaqları bilmək, hava həyəcanı zamanı sığınacaqda daldalanmaq, mümkün olmadığı təqdirdə binaların alt mərtəbələrində sığınmaq, pəncərə və qapılardan uzaq durmaq, vəziyyətlə bağlı rəsmi məlumatları izləmək;

- Fövqəladə vəziyyət yarandıqda səfirliklə əlaqə saxlamaq;

- Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;

- Ukraynaya səfər etmək niyyətində olan vətəndaşlarımızın ciddi ehtiyac olmadıqca səyahətlərini təhlükəsizlik şəraiti yaxşılaşanadək təxirə salmaları".

Diplomatik nümayəndəlik əlaqə telefonlarını və elektron ünvanlarını müraciətinə əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!