“Azərbaycanın Ukraynaya əlavə yanacaq ayırmasını yüksək qiymətləndiririk”   - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın Ukraynaya əlavə yanacaq ayırmasını yüksək qiymətləndiririk” - Baş nazir

Siyasət

02 İyun 2022 10:48 850


Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 

Məktubda qeyd edilir ki, Ukrayna Azərbaycan ilə əməkdaşlığa xüsusi diqqət ayırır. Bildirilir ki, Ukrayna Hökuməti Azərbaycan Hökuməti ilə qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əlaqələrin həyata keçirilməsinə hazırdır. pizza

Ukrayna əhalisinin və məcburi köçkünlərin ehtiyacları üçün Azərbaycan tərəfindən göstərilən humanitar yardımın, həmçinin Ukraynada əkin işlərinin təmin edilməsi üçün əlavə yanacağın ayrılması yüksək qiymətləndirilir.

Məktubda Ukrayna-Azərbaycan əməkdaşlığının qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf etməyə davam edəcəyinə əminlik ifadə olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!