“Azərbaycanın və Qazaxıstanın 30 illik əməkdaşlıq yolu səmimi münasibətə əsaslanır

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın və Qazaxıstanın 30 illik əməkdaşlıq yolu səmimi münasibətə əsaslanır

Siyasət

25 Avqust 2022 19:25 944


“Türk dünyasının birliyi, həmrəyliyi Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biridir.  Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər atılan addımlar türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə verilən töhfələr və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər barədə aydın təsəvvür yaradır. Səfər zamanı diqqəti çəkən mühüm hadisələrdən biri kimi Qazaxıstan Prezidentinin Azərbaycan dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim etməsi yaxın günlərdə diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək iki qardaş ölkənin bu illər ərzində   əməkdaşlığının inkişafı istiqamətində göstərilən səylərin və qazanılan uğurların təqdimatıdır”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, xalqlarımızı ortaq tarix, ortaq köklər birləşdirir: “İki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin böyük xidmətləri vardır.  Ölkələrimizin qət etdikləri 30 illik əməkdaşlıq yolu qarşılıqlı etimada, səmimi münasibətə əsaslanır. Bu baxımdan ölkələr arasında əlaqələrin inkişafında etimad  əsas faktordur.  Səfər çərçivəsində  iki dost ölkənin strateji tərəfdaşlığı ilə yanaşı, müttəfiqliyini də təsdiqləyən sənədin imzalanması perspektivlərə də aydınlıq gətirir”. Dördpendirli pizza

YAP Xətai rayon təşkilatının sədri  tarixi Zəfərimizin reallıqları fonunda yeni əməkdaşlıq formatlarının yaradılmasından, ikitərəfli və çoxtərəfli çərçivədə qurulan əlaqələrdə Azərbaycanın mövqeyinin möhkəmlənməsindən geniş bəhs edərək bildirib ki, Azərbaycan daim xarici siyasətində  qarşılıqlı  hörmət və maraq prinsiplərini öndə saxlaması, ən əsası heç bir dövlətin daxili işinə müdaxilə etməyərək belə müdaxilələri özü üçün də yolverilməz qəbul etdiyindən hər zaman dəyişməz mövqeyi ilə dünyanın diqqətində olub.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, tarixi Zəfərimizin mühüm reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə dost, qardaş ölkələrin dəstəyidir: “Səfər çərçivəsində Qazaxıstanın azad Qarabağımıza hədiyyəsinin təqdimatı xüsusilə diqqətçəkən oldu. Belə ki,  Azərbaycan və Qazaxıstan prezidentləri Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Bu mühüm addım Qazaxıstanda keçmiş azərbaycanlı məcburi köçkünlərin öz doğma ocaqlarına Böyük Qayıdışı prosesinə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha təsdiqlədi”.

Ümumilikdə Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfərinin məhsuldar olduğunu xüsusi qeyd edən YAP Xətai rayon təşkilatının sədri bir daha vurğulayıb ki, ölkələrimiz arasında  diplomatik münasibətlərin  qurulmasının 30 ilini arxada qoyan Azərbaycanın və Qazaxıstanın  qarşısında əlaqələrin daha da inkişafı üçün geniş imkanlar yaranıb: “Bir tərəfdən  ərazi bütövlümüzün bərpası ilə Qarabağ münaqişəsinin tarixə qovuşması, digər tərəfdən isə 2018-ci ildə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması əlaqələrimizdə yeni səhifələr açır. Azərbaycan  ilə Qazaxıstan  arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ın imzalanması da bunun təsdiqidir.” 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!