Azərbaycanın veteran cüdoçuları dünya çempionatını 6 medalla tamamladılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın veteran cüdoçuları dünya çempionatını 6 medalla tamamladılar

İdman

06 Noyabr 2025 23:35 424


Azərbaycanın cüdo üzrə veteranlardan ibarət millisi Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında çıxışını başa vurub.

"Yeni Sabah" xəbər verir ki, dördüncü yarış günündə bir usta cüdoçumuz fəxri kürsüyə qalxıb.

M8 yaş kateqoriyasında Fərhad Rəcəbli (90 kq) mundialın gümüş mükafatını qazanıb. Sezar pizza

Qeyd edək ki, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, (-100 kq) isə bürünc medala yiyələniblər.

Beləliklə, komandamız mötəbər turniri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!