“Azərbaycanla birgə işləyəcəyik” - Bayden

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla birgə işləyəcəyik” - Bayden

Siyasət

20 Mart 2022 21:22 606


“Biz yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.

“Report” xəbər verir ki, bu fikilər ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə və Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbrikində yer alıb.

“Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”, - Cozef Bayden qeyd edib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!