Azərbaycanla BMT arasında Saziş təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla BMT arasında Saziş təsdiqləndi

Siyasət

16 Mart 2022 21:12 518


2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi” təsdiq edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Sezar pizza

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!