Azərbaycanla BMT arasında tərəfdaşlığın perspektivləri müzakirə edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla BMT arasında tərəfdaşlığın perspektivləri müzakirə edildi

Siyasət

14 İyul 2023 20:12 871


Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyulun 14-də BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreeva ilə görüşüb.

Nazirlər Kabinetindən Yenisabah.az-a verilən məlumata görə, ətraflı fikir mübadiləsi zamanı 2023-cü ilin sentyabr ayında baş tutacaq Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammiti və Sammit çərçivəsində dünya liderlərinin Zirvə Görüşündə təqdim ediləcək İnsanlar və Planet üçün Xilasetmə Planı ətraflı müzakirə olunub.

Ölkəmizdə DİM-lərin icrası, aparılan islahatlar və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələr və onların həyata keçirilməsinin insan kapitalının inkişafına töhfəsi xüsusilə vurğulanıb. pizza sifarişi

Bundan əlavə, Azərbaycan ilə BMT arasında müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!