“Azərbaycanla Ermənistan arasında irəliləyiş boşa getməməlidir” - ATƏT sədri

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla Ermənistan arasında irəliləyiş boşa getməməlidir” - ATƏT sədri

Siyasət

13 Sentyabr 2022 20:07 836


“Azərbaycan və Ermənistan arasında indiyədək diplomatik kanallar vasitəsilə əldə edilmiş irəliləyiş boşa getməməlidir”.

Yenisabah.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

“Son bir il yarım ərzində sülh müqaviləsi üzərində işin davam etdirilməsi baxımından irəliləyiş əldə olunub. Amma bu cür hallar əldə edilmiş tərəqqiyə təhlükə yaradır və saysız-hesabsız insanların həyatını riskə atır”, - o bildirib. Pepperoni pizza

Öz növbəsində, ATƏT-in Baş katibi Helqa Mariya Şmidt qeyd edib ki, ATƏT çoxillik təcrübəsinə əsaslanaraq yardım göstərməyə hazırdır: “Hamımız regionda davamlı sülhə və rifaha nail olmaq kimi ümumi məqsədi bölüşürük”.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!