“Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün əlimizdən gələni etməliyik”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün əlimizdən gələni etməliyik”

Siyasət

19 Sentyabr 2022 19:46 1194


Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülhün və stabilliyin mövcud olmasında çox maraqlıdır. Bu həm Aİ Şurasının Prezidenti Şarl Mişel səviyyəsində, həm də Aİ-yə üzv ölkələrin siyasətçiləri, o cümlədən mənim ölkəm Polşa və Polşa hökuməti tərəfindən dəfələrlə vurğulanıb.

Yenisabah.az xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.

Diplomat Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesinə cəlb olunmasını müsbət qiymətləndirdiklərini diqqətə çatdırıb. Dominos pizza

“Ümid edirik ki, biz birlikdə sülh gündəliyini bu regionda təbliğ edə biləcəyik. Çox təəssüf ki, hər dəfə Brüsseldə keçirilən görüşlərdən sonra həm sərhəddə, həm də hazırda Bakının nəzarətində olmayan Azərbaycan torpaqlarında mənfi insidentləri müşahidə edirik. Biz sülhün əldə olunması üçün əlimizdən gələni etməliyik”, - səfir vurğulayıb.

Polşalı diplomat onu da qeyd edib ki, Azərbaycan, Ermənistan və Aİ arasında əməkdaşlıq hər iki xalqın və onların cəmiyyətlərinin xeyrinə olacaq./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!