“Azərbaycanla Ermənistan arasında sülhün mümkün olacağına inanırıq” - ABŞ rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla Ermənistan arasında sülhün mümkün olacağına inanırıq” - ABŞ rəsmisi

Siyasət

01 May 2024 00:35 482


“Biz bu bölgədə sülhün mümkün olacağına inanırıq və bu istiqamətdə işləməyə davam edəcəyik”.

Yenisabah.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel ənənəvi mətbuat konfransında dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi ilə bağlı suala cavabında deyib.

Onun sözlərinə görə, bu məsələ ilə dövlət katibi şəxsən məşğul olur: pizza

“Blinken dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!