YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Azərbaycanla İsrail arasında turizm sahəsində saziş imzalandı

Azərbaycanla İsrail arasında turizm sahəsində saziş imzalandı

Turizm

30 Mart 2022 23:40 8412


Azərbaycanla İsrail arasında turizm sahəsində saziş imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verib.

“Bu gün israilli həmkarım Konstantin Yoel Razvozovla turizm sahəsində əməkdaşlıq haqqında saziş imzaladıq. İnanıram ki, bu saziş ikitərəfli turizm əlaqələrimizin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək” - deyə sosial şəbəkə hesabında yazıb.

İsrailin turizm naziri Yoel Razvozov isə sosial şəbəkə hesabında qeyd edib ki, İsrail ilə Azərbaycan arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və hörmətə əsaslanır:

“Ölkələrimizi təkcə uzunmüddətli dostluq deyil, minlərlə yəhudi diasporu da birləşdirir. 8 ay əvvəl biz Təl-Əvivdə Azərbaycanın ticarət nümayəndəliyini təntənəli şəkildə açdıq, bu gün isə turizim nümayəndəliyini açırıq. Azərbaycan Turizm Agentliyinin rəhbəri həmkarım Fuad Nağıyevlə turizm sahəsində əməkdaşlıq haqqında müqavilə imzaladıq. Biz qarşılıqlı turist axınını inkişaf etdirəcəyik və artıracağıq. İsrail-Azərbaycan hökumətlərarası komissiyasının sədri və İsrailin turizm naziri kimi mən bu inkişafdan çox məmnunam və bu mühüm prosesi Azərbaycanın İsraildə səfirliyinin açılması istiqamətində növbəti addım kimi qiymətləndirirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!