Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı

Siyasət

20 İyun 2022 18:54 1073


Bu gün Azərbaycanla Özbəkistan arasında keçirilən biznes forum çərçivəsində ölkələr arasında bir sıra sənədlər imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün feysbuk hesabında qeyd edib.

O bildirib ki, Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq. Dördpendirli pizza

Nazir qeyd edib ki, Özbəkistan-Azərbaycan biznes forumunda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələrinin əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib: “Özbəkistan iş adamlarını ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət etdik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!