Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirildi

Siyasət

01 İyun 2023 11:28 533


Mayın 31-də Moskva şəhərində Azərbaycan ilə Rusiya arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfini isə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edib. Toyuqlu pizza

Məsləhətləşmələr zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyində olan siyasi, iqtisadi, humanitar və digər aktual mövzular, müqavilə-hüquq bazasının genişləndirilməsi, regional əməkdaşlıq və təhlükəsizlik, o cümlədən qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərin, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində əldə olunan bütün razılaşmaların icrası istiqamətində ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!