“Azərbaycanla sərhəd müəyyənləşməyib“ cümləsi rusiyalı məmurun dil sürüşməsidir?

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla sərhəd müəyyənləşməyib“ cümləsi rusiyalı məmurun dil sürüşməsidir?

Siyasət

27 May 2022 15:07 961


“Ola bilsin ki, Vladimir Kulişov sadəcə yanlışlığa yol verib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktorunun birinci müavini, Rusiya Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovun 5 ölkə, o cümlədən Azərbaycanla sərhədin beynəlxalq hüquqi qeydiyyatı ilə bağlı işlərin yekunlaşmadığını bildirib. Halbuki Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası 2010-cu ilin müqaviləsi ilə təsdiqlənib və həmin müqavilə hər iki ölkənin parlamentində təsdqilənib.  pizza

“Mənim də yaxşı yadımdadır ki, bu məsələ bağlanıb. Yalnız bir məqam ola bilər, nadir olsa da, belə hallar baş verir – bioloji proses. Məsələn, bioloji proses nəticəsində çayların məcrası dəyişir, yaxud torpaq sürüşmələri olur və s. Belə olan halda əvvəllər müəyyən olunmuş xətlər dəyişilir və bu məsələyə qayıtmaq lüzumu yaranır”, – deyə Tofiq Abbasov mövzu ilə bağlı qeyd edib.

Ekspertin fikrincə, ola bilsin ki, V. Kulişov buna görə belə bir fikir səsləndirib:

“Ancaq əminəm ki, Azərbaycan və Rusiya tərəfinin yaratdığı komissiyalarla bu proseslərə yekun vurulub və bütün vurğular edilib. Yeganə ehtimal odur ki, bioloji proseslər və dəyişikliklər ucbatından yeni şərait formalaşıb və komissiya iştirakçıları yenidən məsələni müzakirə etməlidir”.

XİN-in keçmiş rəhbəri Tofiq Zülfüqarov da düşünür ki, Rusiya Sərhəd Xidmətinin başçısı dil sürüşməsinə yol verib:

“Mənə elə gəlir ki, o, səhv edib və adları sadalayanda Azərbaycanın adını səhvən çəkib. Çünki bu, parlament səviyyəsində təsdiq olunmuş məsələdir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!