Azərbaycanla sərhəddə heç bir problemimiz yoxdur -   İranlı general

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla sərhəddə heç bir problemimiz yoxdur - İranlı general

Siyasət

19 İyul 2023 23:12 1111


Azərbaycan Respublikası ilə sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur.

Yenisabah.az Fars News-a istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqiri deyib.

"Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Əlhəmdülillah, iki ölkə arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir", - deyə general-mayor Baqiri vurğulayıb. pizza mizza

O, Azərbaycanla sərhəd bölgəsinə səfərinə toxunub: "Bu, sadəcə olaraq hər il ölkə sərhədlərində həyata keçirilən dövri yoxlama-təftiş səfərdir".

Xatırladaq ki, Baş Qərargah Məhəmməd Baqiri İranın şimal-qərbində yerləşən, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə baxış həyata keçirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!