Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmir ilə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə səmərəli fikir mübadiləsi aparılıb və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb. pizza mizza
Səfər zamanı M.Babayev “Gələcəyə nəfəs” kampaniyası çərçivəsində Türkiyə Respublikası Prezident Kompleksində Milli Ağaclandırma Günü Ağacəkmə Mərasiminə qatılıb və orada ağac əkib.
Həmçinin Muxtar Babayevin rəhbərlik etdiyi heyət ilə FAO-nun direktor müavini Maria Helena Samedonun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Telegram kanalımız