“Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz” - Allahşükür Paşazadə

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz” - Allahşükür Paşazadə

Din

21 Aprel 2023 10:01 7069


“Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz”.

Yenisabah.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

“Hesab edirəm ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır. Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil. Biz erməni kilsəsini dostluğa çağırırıq”, - deyə QMİ sədri bildirib./Report pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!