Azərbaycanlı axund Kərbəlada itdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı axund Kərbəlada itdi - Foto

Hadisə

24 Oktyabr 2019 17:08 1602


Kərbəla ziyarətinə gedən İmişli rayon sakini Yusifov Davər Qafar oğlu itkin düşüb.

"Yeni Sabah" "Trend"ə istinadla bildirir ki, bu barədə itkin düşənin yaxınları məlumat verib.

Qeyd olunur ki, D.Yusifov bu ayın əvvəli yaxınları ilə İraqa Kərbəla ziyarətinə yola düşüb. Orada bir neçə gün ziyarətdə olan şəxs qəfil yoxa çıxıb. pizza hut

Yaxınlarının sözlərinə görə, onlarla birlikdə gedən şəxslər bu gün artıq geri qayıdıblar, ancaq D.Yusifovdan xəbər yoxdur. Kərbəlada D.Yusifovla birlikdə olan şəxslər onun itkin düşməsi barədə İraq hüquq-mühafizə orqanlarına da müraciət ediblər və şəhərdə fotolarını yayıblar.

Qeyd edək ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!