Azərbaycanlı biznesmeni intim görüntüləri ilə şantaj edən ər-arvad saxlanıldı -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı biznesmeni intim görüntüləri ilə şantaj edən ər-arvad saxlanıldı - Foto

Hadisə

27 Sentyabr 2019 11:17 1492


Türkiyədə azərbaycanlı iş adamını şantaj edən ər və arvad saxlanılıb.

“Yeni Sabah” DHA-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Ərzurum vilayətində qeydə alınıb. Mənbədə bildirilir ki, həmin şəxslər turizm sahəsində çalışan həmyerlimizi şantaj edərək bir milyon ABŞ dolları tələb ediblər.

Polis tərəfindən keçirilən əməliyyat nəticəsində onlar saxlanılıb. Məlum olub ki, saxlanılan şəxslər guya azərbaycanlı iş adamına qarşı əllərində olan məlumatları Türkiyə mətbuatında yaymaq istəyində olublar. pizza hut

Bildirilir ki, sentyabrın 23-də məsələ ilə bağlı polisə şikayət edən adı tam açıqlanmayan (N.N) azərbaycanlı biznesmen onu şantaj edən şəxsin 5 ildir yanında çalışdığını deyib:

“Yanımda çalışan Özgür K-nın həyat yoldaşının nömrəsindən mənə zəng gəldi. Zəng edən şəxs açıq-saçıq görüntülərimin olduğunu, 1 milyon dollar verməsəm, həmin görüntüləri sosial şəbəkələrdə yayacaqlarını, ailəmə göndərəcəklərini dedilər. Hətta yazdıqları bir xəbər mətninin Azərbaycan mətbuatına verəcəklərini dedilər”.

Bir oteldə keçirilən əməliyyatla Özger K. və onun xanımı Esin K. saxlanılıb. İstanbula gətirilən həmin şəxslər Gürcüstana qaçmaq istədiklərini də etiraf ediblər.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!