Azərbaycanlı bloqer Moskvada mənzillərini peçenyeyə satıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı bloqer Moskvada mənzillərini peçenyeyə satıb

Şou

07 Aprel 2026 21:23 1949


Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Həsənovun məhkəmə prosesində ittiham tərəfini təmsil edən şahid ifadə verib. O, ifadəsində qeyd edib ki, bloqer ona Moskvadakı mənzilini saxta yolla peçenye qarşılığında satıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi məlumat yayıb.

Şahidin məhkəmədəki bəyanatına əsasən, Həsənov sözügedən daşınmaz əmlakı onun adına rəsmiləşdirməyi təklif edib. Həmin şəxs əvvəlcə bu təklifdən dəfələrlə boyun qaçırmağa cəhd göstərsə də, bloqer dövlət qarşısında heç bir maliyyə öhdəliyinin olmadığını təsdiqləyən sənədləri təqdim edib. Mənzilin pulu bank seyfi vasitəsilə həyata keçirilib, lakin şahid oraya real vəsait deyil, peçenye yerləşdirib. Dominos pizza

Alqı-satqı müqaviləsində əmlakın dəyəri 60 milyon rubl (təqribən 1.2 milyon manat) kimi qeyd edilib. Bu hüquqi əməliyyat zamanı bloqerin qardaşı Ənvər Həsənov səlahiyyətli agent qismində iştirak edib.

Qeyd edək ki, bu ilin fevralında prokurorluq qeyri-qanuni yollarla qazanılmış vəsaitlərin leqallaşdırılmasında təqsirləndirilən H.Həsənov barəsində ittiham aktını təsdiq edib. Onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!