Azərbaycanlı bloqer Rusiya vətəndaşlığından məhrum edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı bloqer Rusiya vətəndaşlığından məhrum edildi

Maraqlı

26 Avqust 2019 10:32 1723


"YouTube"da Milli Məclis deputatlarının və dövlət xadimlərinin ünvanına xoş olmayan və hörmətsiz ifadələr işlətməklə məşhurlaşan videobloqer Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib.

“Yeni Sabah” “Oxu. Az”-a isitinadən xəbər verir ki, bu barədə E.İsayevin vəkili Məhəmməd Həsənov məlumat verib.

Onun sözlərinə görə, avqustun 25-də E.İsayevə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülüb. Dördpendirli pizza

Məhkəmə  bu gün bu işə baxmalıdır. Müvafiq qurumlar avqustun 25-də bloqeri Rusiya vətəndaşlığından məhrum edib. O, son 20 ildə Rusiya vətəndaşı olub.

Vəkil qeyd edib ki, E.İsayevin ailəsi onunla birlikdə Rusiyadadır. Məhkəmənin E.İsayevin Azərbaycana ekstradisiya olunması barədə qərar çıxaracağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!